Mərmərə dənizinin ortasında qorxulu anlar: Fırtınaya düşən gəmidə sərnişinlərin halı pisləşdi

Mərmərə dənizinin ortasında qorxulu anlar: Fırtınaya düşən gəmidə sərnişinlərin halı pisləşdi

Türkiyədə Balıkəsirin Avşa adasından İstanbulun Avcılar və Yenikapı istiqamətinə hərəkət edən gəmi fırtınaya düşüb.

Mərmərə dənizinin ortasında yağış və fırtınaya tuş gələn gəmidəki sərnişinlər saatlarla qorxu dolu anlar yaşayıblar. Hətta sərnişinlərdən bəzilərinin halı pisləşib, bəziləri huşunu itirib.

Gəminin kapitanı onları sakitləşdirmək üçün ard-arda anonslar versə də, buna nail ola bilməyib. Ürəkbulanmadan əziyyət çəkən sərnişinlərdən altısının vəziyyəti pisləşib.

Sosial şəbəkələrdə hadisənin videogörüntüləri yayılıb. 

Nəticədə kapitan bir saatlıq gecikmədən sonra gəmini sağ-salamat təyinat yerinə çatdırmağı bacarıb. Kapitan səfərlər etdiyi 15 ildə ilk dəfə belə bir halla qarşılaşdığını bildirib.

Oxşar vəziyyət digər istiqamətlər üzrə hərəkət edən gəmilərdə də yaşanıb. Gəmilərin sərnişinləri təşviş içində dualar oxuyublar.

Mənbə: Haber Global

Share: