Türkiyənin Muğla şəhərində yağan leysan yağışları Marmaris, Datça, Seydikemer, Milas və Köyceğiz rayonlarında daşqınlara səbəb olub.
Yağışdan sonra dağlardan axan su səbəbindən dənizin firuzəyi rəngi qəhvəyi olub.
2021-ci ildə Marmaris rayonunun İçmələr ərazisində baş verən meşə yanğınında təpələr üzərindəki meşə sahəsi yanıb. Yanan sahədə yağışdan sonra dağlardan axan palçıqlı su dənizin rəngini dəyişib.
Mənbə: TRT Haber