Məşhur aktyor çəkiliş zamanı zədə aldı, serialdan ayrıldı

Türkiyənin məşhur aktyoru Çağlar Ərtoğrul reytinqləri alt-üst edən “Teşkilat” serialından ayrılmaq səbəbləri barədə danışıb.

O qeyd edib ki, serialın quruluşçu şirkəti ilə 2023-cü ilə qədər müqavilə bağlamağına baxmayaraq çəkilişlər zamanı səhhətində yaranan ciddi problemlər səbəbindən serialdan ayrılmaq qərarına gəlib.

“Çiynim, sağ ovucum və sağ ayağımda zədə var. Həkim dərhal fizioterapiya müalicəsi almasam, əməliyyata gedəcəyini dedi. Həmçinin, aksion səhnələri ilə məşğul olmağımı qadağan etdi. Sağ olsunlar, prodüserlər və ssenaristlər də çox anlayışlı idilər. Lakin belə olmaz, bu serial aksion səhnələri ilə doludur. Tamaşaçılar bunu sevir və gözləyirlər. Ona görə də, açığı, bu hərəkətimdən geri qalmağım məni çox əsəbiləşdirirdi, amma digər tərəfdən səhhətim təhlükə altında idi”, – deyə 34 yaşlı aktyor bildirib.

Mənbə: Haber Global

 

Share: