“Mançester Yunayted”in hücumçusu Markus Reşford nişanlısı Lusia Loy ilə Nyu-Yorka romantik səyahət etmək üçün 240 min funt-sterlinqə “Boeing 737” kirayələyib.
Adətən bu təyyarə 125-dən çox sərnişin daşıyır, lakin Reşford sevgilisi ilə göyərtədə tək qalmağı seçib.
Səfər mart ayında futbolçunun İngiltərə yığmasında zədələndiyi və məşqdən azad edildiyi vaxt baş tutub.
Gənclər məktəbdə hər ikisi 15 yaşında ikən tanış olublar. 2022-ci ildə Reşford Los-Ancelesə romantik səfəri zamanı Lusiyaya evlilik təklifi edib.
Mənbə: gazeta.ru