Kevin Kostner keçmiş həyat yoldaşı Kristin Baumqartnerə qarşı məhkəmədə mühüm qələbə qazanıb. 68 yaşlı aktyor Santa Barbarada baş tutmuş məhkəmə prosesinin nəticələrinə əsasən uşaqlar – 16 yaşlı Kayden, 14 yaşlı Heyz və 13 yaşlı Qreys üçün ayda 63 209 dollar alimentin ödənilməsi təyin edilib.
İyul ayında ilkin dinləmə çərçivəsində məhkəmə aylıq 129 755 dollar ödəməyi Kevin Kostnerin öhdəsinə qoyub. Daha sonra 49 yaşlı Kristin Baumqartner “uşaqların öyrəşdiyi həyat tərzinin təmin edilməsi zərurətini” əsas gətirərək bu məbləğin 175 057 dollara çatdırılması üçün sorğu ilə müraciət edib.
Kevin Kostner özü bildirib ki, keçmiş arvadı pulun əsas hissəsini uşaqlara deyil, özünə, o cümlədən bahalı alış-verişə xərcləyir.
“Mən məhkəmənin məni uşaqlarımın və Kristinanın ehtiyaclarından artıq olan aliment ödəməyə məcbur etdiyinə görə narahatam” -, deyə aktyor cümə günü məhkəmədə təqsirləndirilən şəxs qismində çıxışında bildirib.
Öz növbəsində, Kristin Kevin Kostnerin 145 milyon dollarlıq malikanəsini nəzərdə tutaraq, təkidlə “uşaqların okeana çox bağlı olduqlarını və sörf avadanlıqlarının sudan cəmi 50 addım məsafədə olmasına öyrəşdiklərini” bildirib.
Boşanmanın təşəbbüskarı 2023-cü ilin mayında məhkəməyə müvafiq ərizə ilə müraciət edən Kristin olub. Lakin o, uzun müddət münasib ev tapmaq lazım olduğunu əsas gətirərək ərinin evindən çıxmaqdan imtina edib. O, daha əvvəl malikanənin ərazisində daha kiçik bir evdə yaşayıb, sonra ayda 40 min dollara kirayə verilən evə köçüb.
Mənbə: kinonews.ru