Hollandiyalı abstraksionist rəssam Pit Mondrianın “New York City I” adlı əsəri 77 il tərsinə sərgilənib.
Bu barədə Düsseldorf Müasir İncəsənət Muzeyinin kuratoru Suzan Meyer-Byuzer bəyan edib.
Rəsm 1941-ci ildə çəkilib və ağ fonda kəsişən perpendikulyar çoxrəngli lentlərdən ibarət kompozisiyadır.
Meyer-Byuzerin sözlərinə görə, əsərin zolaqları aşağı getdikcə sıxılıb.
“Şəbəkənin qalınlaşması yuxarıda olmalıdır – qaranlıq səma kimi. Bunu digər kuratorlara bildirən kimi başa düşdük ki, bu, açıq-aşkar yanlışlıqıdr. Mən 100% əminəm ki, şəkil səhv nümayiş olunub”, – deyə sənətşünas izah edib.
Mənbə: Gazeta.ru