Mağarada ölümə tərk edilən terrorçular Türkiyə ordusuna təslim oldular

Mağarada ölümə tərk edilən terrorçular Türkiyə ordusuna təslim oldular

Türkiyə ordusu İraqın şimalında növbəti dəfə hərbi əməliyyatlar keçirib.

Əməliyyatlar nəticəsində dağlıq ərazidə terrorçular tərəfindən ölümə tərk edilmiş iki yaraqlı Türkiyə ordusuna təslim olub.

Həmin anlar əsgərlərin biri tərəfindən anbaan qeydə alınıb.

Əlavə edək ki, Türkiyə Silahlı Qüvvələri həyata keçirilən son hərbi əməliyyatlar nəticəsində ümumilikdə 2 min yaraqlının zərərsizləşdirildiyini açıqlayıb.

Mənbə: Haber Global

Share: