Mahir Emreli meydana çıxdıqdan yeddi dəqiqə sonra “Dinamo”nun qolunu vurdu

Mahir Emreli meydana çıxdıqdan yeddi dəqiqə sonra “Dinamo”nun qolunu vurdu

Xorvatiya çempionatının üçüncü turunda Zaqreb “Dinamo”su evində “İstra 1961” kollektivini qəbul edib.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” görüşdə 4:1 hesabı ilə qalib gəlib.

Oyuna 81-ci dəqiqədə əvəzetmədən daxil olan Mahir yeddi dəqiqə sonra komandasının dördüncü qolunun müəllifi olub.

Qeyd edək ki, üç turdan sonra aktivində 9 xalı olan Zaqreb “Dinamo”su turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Share: