Maldiv adalarının eks-prezidenti rüşvətxorluqda təqsirli bilinib

Maldiv adalarının eks-prezidenti rüşvətxorluqda təqsirli bilinib

Maldiv adalarının keçmiş prezidenti, 2018-ci ilin noyabr ayının ortalarına qədər respublikaya rəhbərlik etmiş Abdulla Yamin 2022-ci ilin yanvarından davam edən məhkəmə prosesində bir neçə maddə üzrə təqsirli bilinib.

Siyasətçi rüşvətxorluqda və çirkli pulların yuyulmasında ittiham olunub.

Qeyd olunur ki, A.Yamini ümumilikdə 11 ilə yaxın həbs cəzası gözləyə bilər. Məhkəmə prosesi çərçivəsində eks-prezidentə qarşı belə bir cəzanın verilməsini Maldiv adaları prokurorluğunun nümayəndələri tələb ediblər.

Siyasətçi 1 milyon dollar rüşvət almaqda və həmin vəsaitlərin yuyulmasında təqsirli bilinib.

Xatırladaq ki, A. Yamin 2019-cu ildə çirkli pulların yuyulmasında ittiham edilərək 5 il müddətinə azadlıqdan məhrum edilib, lakin iki ildən sonra müvafiq hökm ləğv olunub.

Mənbə: gazeta.ru

Share: