Martın 16-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər

Martın 16-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər

“Şazam: Tanrıların qəzəbi” fentezi filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 16 martdan etibarən ABŞ istehsalı olan “Şazam: Tanrıların qəzəbi” fentezi filminin nümayişi başlayır.

Filmin rejissoru: Devid F.Sendberq.

Baş rollarda: Didrix Bader, Zakari Livay, Qreys Fulton, Helen Mirren, Lüsi Liu.

Müddəti 145 dəqiqə. Yaş həddi 12+.

Film haqqında qısa məlumat: “Şazam!” sehrli sözünü deyərək superqəhrəmana çevrilə bilən Billi Betson haqqında komediya filminin davamı.

“65” fantastik döyüş filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində “65” fantastik döyüş filminin nümayişi başlayır.

Filmin rejissorları: Skot Bek, Brayan Vuds.

Baş rollarda: Adam Drayver, Ariana Qrinblat, Xloya Koulmen.

Müddəti 105 dəqiqə. Yaş həddi 16+.

Film haqqında qısa məlumat: Naməlum planetdə qəzaya uğradıqdan sonra pilot Mils tez bir zamanda kəşf edir ki, o, əslində Yer kürəsində ilişib qalıb… Amma planetin 65 milyon il əvvəlki halında. İndi qaçmaq üçün yalnız bir şansı olan Mils və sağ qalan sonuncu sərnişin Koa təhlükəli canlılarla dolu naməlum ərazidən keçməlidirlər.

“Qarətçi” döyüş filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “Qarətçi” döyüş filminin nümayişi başlayır.

Filmin rejissoru: Nikolas Daçemin Harvard.

Baş rollarda: Rayan Filip, Keyt Bosvort, Cefri Nordlinq.

Müddəti 105 dəqiqə. Yaş həddi 18+.

Film haqqında qısa məlumat: Miller Qrem istənilən qapıdan keçə, istənilən kilidi aça və ən etibarlı seyfi qarət edə bilir. O, dahi quldurdur. Ancaq belə peşəkarların da bəzən bəxti gətirmir. Bir dəfə Qrem oğurluq zamanı ələ keçir və həbsxanaya düşür, oradan isə tamamilə fərqli bir insan olaraq geri qayıdır. Lakin qızının yoxa çıxması oğrunu yenidən təhlükəli yola qayıtmağa məcbur edir: sonuncu qarət onun oğurluq karyerasında ən çətin hadisə olacaq.

“Arqonavtların sərgüzəştləri” macəralı animasiya filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Fransa istehsalı olan “Arqonavtların sərgüzəştləri” macəralı animasiya filminin nümayişi başlayır.

Filmin rejissorları: David Alo, Erik Tosti, Jan Fransua Tosti.

Baş rollarda: Keysi Çeyz, Kristof Lemuan, Emmanuel Kurtil.

Müddəti 105 dəqiqə. Yaş həddi 6+.

Film haqqında qısa məlumat: Cəsur siçan Patti hər şeyin mümkün olduğu qədim Yunanıstanda yaşayır. Yerli qəhrəmanlara və səmavi tanrılara heyran olan siçan böyük bir macəra arzusundadır. Bununla belə, onun ən yaxın dostu, böyük və çox deyingən pişik Sem onu hər hansı təhlükədən qorumaq üçün əlindən gələni edir. Lakin Poseydon şəhərlərini məhv etməklə hədələdikdə, Patti və Sem miflərdən tanınan qəribə canlılarla dolu inanılmaz yerlərə maraqlı səyahətə çıxmağa məcbur olurlar.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az
mobil tətbiqindən, IOS və “Android” əməliyyat sistemi olan smartfonlar üçün:

IOS link  

Android link  

əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Share: