Milyarder İlon Maska məxsus “Neuralink” şirkəti insanlar üzərində beyinə çiplərin implantasiyası üçün klinik sınaqlar keçirmək icazəsini ala bilib.
Bu barədə şirkətin “Twitter” səhifəsində məlumat verilib.
Bildirilir ki, müsbət qərardan sonra ABŞ Qida və Dərman Administrasiyası (FDA) klinik sınaqlar üçün könüllülərin axtarışına başlayır.
Xatırladaq ki, martın əvvəlində FDA “Neuralink”in neyroçipi insanlar üzərində sınaqdan keçirməsinə imtina edib.
2021-ci ilin aprelində “Neuralink” video oyunları oynayan çiplənmiş meymunun videosunu yayımlayıb. Mask iddia edir ki, onun texnologiyası görmə əngəlli və ya iflic olan insanlara məhdudiyyətsiz həyat yaşamağa imkan verəcək.
We want to surpass able-bodied human performance with our technology. Using only his mind, here’s precision cursor control from Pager (star of Monkey MindPong) achieving 65% and 88% of the median Neuralinker using a mouse. Join us to breakthrough to 110% and beyond!?#techtuesday pic.twitter.com/Ugtav0h7Mg
— Neuralink (@neuralink) April 19, 2023