“MasterChef Türkiyə”nin məşhur aşpazlarının maaşları heyrətləndirdi

“TV8” kanalında yayımlanan “MasterChef Türkiyə” verilişində aşpazların maaşları bəlli olub.

Türkiyənin ən çox baxılan müsabiqə proqramı “MasterChef Türkiyə”nin məşhur münsifləri Mehmet Yalçınkaya, Somer Sivrioğlu və Danilo Zannanın qonorarı heç də az deyil.

İddiaya görə, münsiflər heyəti üzvlərinin aylıq maaşı 200-250 min lirə (təxminən 23 000 manat) arasındadır. Hər mövsüm altı ay davam edən yarışda münsiflərin ən azı 1,5 milyon lirə (142 000 manat) qazandıqları təxmin edilir.

Məşhur aşpazların maaşlarını öyrənən izləyicilər təəccüblərini gizlədə bilməyiblər.

Mənbə: Haber Global

Share: