Mayk Doran: “İrandakı rejim bu hücumdan kobud təbliğat vasitəsi kimi istifadə edir”

Mayk Doran: “İrandakı rejim bu hücumdan kobud təbliğat vasitəsi kimi istifadə edir”

Hudzon İnstitutunun böyük elmi işçisi Mayk Doran Azərbaycanın İrandakı səfirliyinə hücumdan dərhal sonra terroristdən müsahibə alınması ilə bağlı fikirlərini bildirib.

O, bu barədə öz “Twitter” hesabında paylaşım edib.

“Həyatınızda nə vaxt nəzarət altında olan bir adam görmüsünüz ki, elə terror vəhşiliyini törətdiyi gün dövlət televiziyasına bir neçə müsahibə versin? Rejimin bu hücumdan tez bir zamanda kobud təbliğat vasitəsi kimi istifadə etməsi onun bu hadisə ilə bağlı məsuliyyət daşıdığına dair bütün şübhələri aradan qaldırmalıdır”, – deyə paylaşımda qeyd edilib.

 

Share: