Məhkəmə pop müğənnisi Maykl Ceksona qarşı pedofiliya iddialarını yenidən açıb.
İddia xoreoqraf Ueyd Robson və aktyor Ceyms Seyfçak tərəfindən qaldırılıb. İddiaya görə, onlar uşaq olanda Cekson tərəfindən zorlanıblar.
Xatırladaq ki, 2013-cü ildə kişilər Ceksonun sağlığında sahibi olduğu və iddiaçıların fikrincə, onları sui-istifadədən qorumalı olan “MJJ Productions” və “MJJ Ventures Inc” korporasiyalarını məhkəməyə vermişdilər. 2020-ci ildə iddialar Los-Anceles Ali Məhkəməsi tərəfindən rədd edildi, çünki məhkəmə korporasiyaların uşaqları heç bir şəkildə müdafiə edə bilmədiyi qənaətinə gəlib.
Hazırda isə Los-Anceles İkinci Dairə Apellyasiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib.
Qeyd edək ki, Robson və Seyfçukun hekayəsi 2019-cu ildə HBO kanalında yayımlanan “Leaving Neverland” sənədli filmində geniş işıqlandırılıb.
Mənbə: Gazeta.ru