Meksikada qasırğa: Təhsilə ara verildi

Meksikada qasırğa: Təhsilə ara verildi

Sakit okeanda yaranan “Orlene” qasırğası Meksikanın Sinaloa əyalətinin İsla del Boske qəsəbəsinə çatıb.

1-ci kateqoriya səviyyəsinə çatan qasırğa güclü yağış və tufana səbəb olub. Səlahiyyətlilər bəzi yaşayış məntəqələrində elektrik və suyun kəsildiyini, ağacların aşması səbəbindən bəzi yolların bağlandığını, riskli ərazilərdə yaşayan 400 nəfərin təxliyə edildiyini bildiriblər.

Qasırğanın digər əyalətlərə də təsir edəcəyi gözlənilir. Vətəndaşlara ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib. Bir sıra şəhərlərdə qasırğa səbəbi ilə təhsilə ara verilib.

Mənbə: Reuters

Share: