Meqan Marklın geyindiyi şort brendin veb-saytının fəaliyyətinin dayanmasına səbəb oldu

Meqan Marklın geyindiyi şort brendin veb-saytının fəaliyyətinin dayanmasına səbəb oldu

Sasseks hersoqinyası Meqan Markl böyük ölçülü ağ gödəkçədə görüntülənib.

Nəticədə bu gödəkçənin məxsus olduğu brendin saytında onun satış göstəricisi dərhal yüksəlib.

Meqan Marklın ictimaiyyət qarşısına çıxdığı zaman geyindiyi ağ gödəkçə “J.Crew” brendinin saytında təqdim olunub və qiyməti 158 dollar (təxminən 268 manat – red.) təşkil edib. Bundan sonra Marklın pərəstişkarları kütləvi şəkildə gödəkçəni almağa başlayıblar və bu səbəbdən sayt fəaliyyətini dayandırmalı olub.

Xatırladaq ki, Şahzadə Harri və Meqan Markl 19 may 2018-ci ildə Vindzor qəsrində evləniblər. Toy mərasiminə 2600 qonaq dəvət olunub ki, onların arasında Viktoriya və Devid Bekhem, Elton Con, Opra Uinfri, Serena Uilyams, Corc və Amal Kluni və digər ulduzlar da olublar. Sasseks hersoqlarının toyu Britaniya xəzinəsinə 43 milyon dollara başa gəlib.

Mənbə: Gazeta.ru

Share: