Meri Poppins və Şerlok Holms haqqında filmlərin çəkildiyi ev satıldı

Meri Poppins və Şerlok Holms haqqında filmlərin çəkildiyi ev satıldı

Londonun mərkəzində “Meri Poppins qayıdır” (2018) və “Bir dəlil olmadan” (1988) kimi filmlərin çəkilişində istifadə olunan ev 12 milyon funta (15,4 milyon dollar) satılıb.

Məlumata görə, 18-ci əsrə aid malikanə Vestminster Abbatlığında cənub tağına və yaxınlıqdakı “Big Ben”ə baxır.

Evin umumi sahəsi 700 kvadratmetrdir. Burada səkkiz yataq, beş vanna və eyni sayda qonaq otağı var.

Mülkün “Sotheby’s” hərracında satıldığı bildirilir. Onun yeni sahibinin adı açıqlanmır.

Mənbə: TASS

Share: