Merilin Monronun şəxsi əşyaları hərraca çıxarılacaq

Merilin Monronun şəxsi əşyaları hərraca çıxarılacaq

Merilin Monronun 175-dən çox şəxsi əşyası “Julien’s Auctions” və “TCM Present” evlərinin birgə hərracında satılacaq.

Hərrac 2022-ci il dekabrın 17 və 18-də baş tutacaq.

“Bu auksionda biz ən çox danışılan və tarixi kolleksiyalardan birini nümayiş etdirəcəyik. Ümumilikdə Merilinin şəxsi arxivindən 175-dən çox qeyri-adi əşya, o cümlədən onun filmlərdə geyindiyi paltarlar satışa çıxarılacaq”, – deyə hərracın direktoru Martin Nolan bildirib.

Monronun pərəstişkarları təkcə paltarları deyil, həm də aktrisanın istifadə etdiyi kosmetika, xüsusən də qırmızı dodaq boyası və saxta kirpikləri ala biləcəklər.

Kolleksiyanın ən diqqətçəkən əşyalarından biri də bu yaxınlarda DNT testi ilə mərhum Merilinin atası olduğu təsdiqlənən Çarlz Stenli Giffordun əlyazma qeydidir.

“Bu açıqca Gifford və onun məşhur qızı arasında əlaqəni təsdiqləyən yeganə məlum maddi sübutdur”, – Nolan əlavə edib.

Tarixin bir parçasının sahibi olmaq istəyənlər hərracda Merilin Monronun məktublarını və fotoşəkillərini, həmçinin şəxsi çek kitabçasını, aktyor gildiyasının üzvlük kartı və aktrisanın tibbi kartını əldə edə biləcəklər.

Mənbə: gazeta.ru

Share: