Türkiyənin Çanaqqala vilayətində meşə yanğınlarının yaxınlığında yerləşən yaşayış məntəqələrinin 700-dən çox sakini təxliyə edilib.
Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun özünün “X” hesabında yazıb.
O qeyd edib ki, yanğının söndürülməsinə 1300-dən çox yanğınsöndürən və digər sahələr üzrə mütəxəssislər cəlb olunub. Fəxrəddin Altun əlavə edib ki, Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı yanğının baş verdiyi Çanaqqala vilayətinə yollanıb.
20:57
Türkiyənin Çanaqqala bölgəsində tüğyan edən meşə yanğını yerli sakinlərin həyatına ciddi təhlükə törətməyə başlayıb.
Artıq yanğın zonasının bilavasitə yaxınlığında yerləşən kəndlərdən birinin sakinləri təxliyə ediliblər.
Qeyd olunur ki, güclü küləyin təsiri altında yanğının sürətlə yayılır.
Alovla mübarizə üçün çox sayda texnika və canlı qüvvə cəlb olunub.
Mənbə: Haber Global