MG Motors və AFFA tərəfdaşlıq müqaviləsi imzaladı

MG Motors və AFFA tərəfdaşlıq müqaviləsi imzaladı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə “ASIA Motors” MMC “MG Motors Azerbaijan” arasında tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimi keçirilib.

Müqaviləni AFFA-nın baş katibi Sərxan Hacıyev və “ASIA Motors” şirkətinin direktoru Elmir Xəlilov imzalayıb.

Anlaşmaya əsasən, “MG Motors Azerbaijan” 1 il ərzində AFFA və Azərbaycan milli komandalarının tərəfdaşı olacaq.

Baş katib Sərxan Hacıyev və “ASIA Motors” şirkətinin direktoru Elmir Xəlilov tədbirdə çıxış edərək tərəfdaşlıq müqaviləsinin hər iki tərəf üçün faydalı olacağına əminliklərini bildiriblər. Sonra Elmir Xəlilov MG avtomobilləri ilə bağlı təqdimatla çıxış edib. Tədbirə MG avtomobillərinə baxış keçirilməsi ilə yekun vurulub.

*

İstehsalı 1924-cü ildən başlayan MG bir əsrlik tarixi ərzində dinamik və komfortlu idman avtomobilləri istehsal edərək, özünü ən müsbət tərəfdən təsdiq edib. Yüksək səviyyədə Böyük Britaniyada əsası qoyulmuş MG hazırda dünya üzrə satış edir və eyni zamanda sürətlə genişlənməyə və inkişaf etməyə başlayıb. Bu proses 2021-ci ildə daha çox qərbi və şərqi Avropada özünü qabarıq şəkildə göstərməyə nail olub.

MG Çinin ən nəhəng və məşhur SAIC Motors avtomobil zavodunda istehsal olunaraq dünyanın bir çox ölkəsinə ixrac olunur.

Praktik və sərfəli yolsuzluq, sedan, hetçbek, SUV və pikaplarını təklif edən MG hazırda genişlənən distribütor və diler şəbəkəsi ilə Böyük Britaniyada ən sürətlə inkişaf edən avtomobil markasıdır.

Londonun Marylebone şəhərində dizayn edilmiş və bir neçə ölkədə ən müasir zavodlarda istehsal olunan bugünkü MG – geniş, texnologiya ilə dolu və müasir həyat üçün mükəmməl seçimdir. Burada rahatlıq və təhlükəsizlik üçün 360 dərəcə kamera sistemi, MG parklanma assistenti texnologiyasının ön və arxa park radarları, qızdırılan güzgülər və avtomatik ön fənərləri kimi təchizat toplusu avtomobili çox rahat və arxayın idarə etmək üçün zəmin yaradır.

ASIA Motors olaraq bizim də məqsədimiz MG-ni dünya şöhrətli edən dəyərlərini inkişaf etdirmək, insanların sürməyi və sahib olmağı sevdiyi lüks Britaniya avtomobillərini sərfəli qiymətlərlə və şərtlərlə təklif etməkdir.

MG hər zaman yenilikçi, hər zaman kreativ və hər zaman əyləncəli olub!

Share: