“Greener” MMC-yə bir milyon manat güzəştli kredit verilib”
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” profilində məlumat paylaşıb.
O bildirib ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən regionlarda fəaliyyət göstərən biznes subyektlərinə maliyyə dəstəyi çərçivəsində Sabirabad rayonunda müasir istixana təsərrüfatının yaradılması üçün “Greener” MMC-yə bir milyon manat güzəştli kredit verilib.