Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstanın rəisi Rüstəm Minnixanovla görüşüb.
Bu barədə nazir “Twitter”də paylaşım qeyd edib.
“Tatarıstanın rəisi Rüstəm Minnixanov ilə keçirdiyimiz görüşdə Azərbaycan-Tatarıstan münasibətlərinin inkişafı, iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər və işgüzar əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi apardıq”,- nazir əlavə edib.