Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi Albaniyanın “Eqnatiya” klubu UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda Ermənistanda “Ararat”la heç-heçə edib – 1:1.
Oxu.Az xəbər verir ki, futbolçumuzun komandası 36-cı dəqiqədə hesabda geri düşsə də, 90+7-ci dəqiqədə bərabərliyi təmin etməyi bacarıb.
V.İsgəndərli də bu görüşün iştirakçısı olub. O, 59-cu dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Albaniyada keçiriləcək.
20:46
Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Ermənistanda “Ararat”a qarşı UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda meydana çıxıb.
Oxu.Az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 59-cu dəqiqədə Gutis Paulauskasın əvəzinə oyuna daxil olub.
Sözügedən matçda “Eqnatiya” 0:1 geridədir.