Moldova prezidenti Maya Sandu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ətrafında yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib.
O, bu barədə “Twitter”də yazıb.
Dövlət başçısı Gürcüstan hökumətini Saakaşvilinin təcili olaraq xaricdə tibbi müalicəyə çıxışını təmin etməyə çağırıb.
Qeyd edək ki, Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin açılmasına baxmayaraq, 2021-ci ilin payızında gizli şəkildə vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib. O, həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyasına başlayıb. Daha sonra eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib və o həbsxanadan klinikaya köçürülüb. Siyasətçinin vəziyyəti fonunda Avropanın müxtəlif ölkələri onun müalicə üçün xaricə köçürülməsini tələb etməyə başlayıb. Lakin, Gürcüstan hakimiyyəti bütün bu çağırışları rədd edib.
Deeply disturbed by the distressing images of @SaakashviliM in court, revealing severe health deterioration during his time in prison. Urging Georgian authorities to prioritize his well-being and urgently provide access to vital medical treatment abroad.
— Maia Sandu (@sandumaiamd) July 4, 2023