Monika Belluççi “Harper’s Bazaar” jurnalının ispan versiyasının yeni buraxılışının qəhrəmanı olub.
Xavi Qordonun müəllifi olduğu fotosessiyasında o, stilist Klaudiya Laukampın topladığı bir neçə parlaq obrazda görünüb.
Nəşrdə 58 yaşlı Monika sonsuz gözəlliyin, eləcə də zərifliyin və cazibədarlığın təcəssümü adlandırılıb.
“Bu, italyan qadınının kvintessensiyasıdır”, – deyə “Harper’s Bazaar”da vurğulanıb.