Monqolustanın keçmiş prezidenti Xaltmaaqiyn Battulqa kömür oğurluğu ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dindirilməyə çağırılıb.
“Kömür oğurluğu işi üzrə təqsirləndirilən şəxslərin adlarının bilinməsi və ədalət tələbi ilə keçirilən nümayiş davam edir. Bununla bağlı 17 təqsirləndirilən şəxsin adı açıqlanıb, bəziləri artıq izahat verib”, – məlumatda deyilir.
Qeyd edək ki, Monqolustanda külli miqdarda kömür oğurluğu ilə bağlı 35 nəfər ittiham olunur. Etirazlar fonunda 22 araşdırma aparılır. Ölkənin hökumət işləri üzrə məsul şəxsi Daşzeqviyn Amarbayasqalan bildirib ki, səlahiyyətlilərə məxfi müqavilələri açıqlamaq tapşırılıb.
Mənbə: gazeta.ru