Moskvada azərbaycanlı iş adamlarına məxsus bazarda yanğın söndürülüb

 Moskvada azərbaycanlı iş adamlarına məxsus “Sadovod” bazarında yanğın söndürülüb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.

Məlumata görə, 50 kvadratmetr sahədə tekstil məhsulları satılan iki ticarət pavilyonunda başlayan yanğının söndürülməsinə 28 texnika və 98-ə yaxın canlı qüvvə cəlb olunub.

Zərərçəkən yoxdur.

15:43

Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod”da yanğın başlayıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.

Bildirilir ki, hazırda ərazidə təxliyə işləri aparılır.

Hadisə yerində 20-dən çox yanğınsöndürmə briqadası işləyir.

Qeyd edək ki, 40 hektardan çox ərazini əhatə edən “Sadovod” bazarı Azərbaycan əsilli yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur.

Mənbə: TASS

Share: