Ötən gecə Rusiya paytaxtı Moskva şəhəri yaxınlığında sürücü “BMW” markalı avtomobili ilə pilotsuz uçuş aparatını (PUA) vurub.
Sükan arxasında “Trast Bank”ın menecerlərindən birinin olduğu bildirilir. PUA-nı vuran şəxs polis çağırıb.
Polis tərəfindən PUA-ya baxış keçirildikdən sonra onun peşəkar videoçəkiliş üçün nəzərdə tutulmuş “DJI Mavic Pro” olduğu müəyyən edilib.
Avtomobilin sürücüsü özü xəsarət almayıb, maşının isə buferi cızılıb.
Hazırda hüquq-mühafizə orqanları pilotsuz uçuş aparatının sahibini axtarır.
Mənbə: “SHOT” “Telegram”