Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində yerləşən “Golden Gate” ofis və hotel kompleksində partlayış təhlükəsi olub.
Səsgücləndirici vasitəsilə ziyarətçilərə binaya bomba qoyulması barədə məlumat verilib. Bundan sonra hamı dərhal təxliyə olunub.
Şahidlərin dediyinə görə, 30-a yaxın qara geyimli şəxs metronun “Ploşad İlıça” stansiyasının yaxınlığındakı qüllənin girişinə toplaşaraq onların binanı tərk etməsinə mane olub. Onların hamısı özünü polis işçisi kimi təqdim edərək vergi yoxlaması olduğu barədə məlumat veriblər.
Mənbə: Mash