Müqəddəs Taxt-Tacın dövlət katibi Azərbaycanın mədəniyyət naziri ilə görüşdü

Müqəddəs Taxt-Tacın dövlət katibi Azərbaycanın mədəniyyət naziri ilə görüşdü

Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin bu gün Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşüb.

Bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasındakı mövcud əlaqələr, mədəniyyət sahəsindəki layihələr, o cümlədən muzeylər və kitabxanalar arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüş zamanı Müqəddəs Taxt-Tacın dövlət katibi 2023-cü ildə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunub.

Share: