Azərbaycanda şagird özünü asıb.
Lent.az xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Muğancıq Mehrab kəndində qeydə alınıb. Burada yaşayan 12 yaşlı Q. A. özünü öldürüb.
Məlumata görə, şagird 6-cı sinifdə təhsil alırmış. Onun hansı səbəbdən özünü öldürməsi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir müddət öncə də həmin kənddə məktəbli özünü asaraq həyatına son qoyub.