Nazir Rəşad Nəbiyev Göygöl şəhərində vətəndaşları qəbul edib

Nazir Rəşad Nəbiyev Göygöl şəhərində vətəndaşları qəbul edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev noyabrın 22-də Göygöl şəhərində vətəndaşları qəbul edib.

Görüşdən öncə nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Vətəndaş qəbulunda Samux, Daşkəsən, Göygöl, Xocalı, Şəmkir, Gədəbəy, Kəlbəcər rayon, həmçinin Gəncə və Naftalan şəhər sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb.

Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin noyabr ayı üzrə şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən nazir Rəşad Nəbiyevin 11 noyabr tarixində Göygöl şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu 22 noyabrda keçirilib.

 

Share: