Nazirliyə verilən institutlarda AMEA-nın hansı səlahiyyətləri qalıb?

Nazirliyə verilən institutlarda AMEA-nın hansı səlahiyyətləri qalıb?

“AMEA-nın Rəyasət Heyətinin bugünkü toplantısında ölkə başçısının fərmanı ilə akademiyanın tərkibində olan institutların Elm və Təhsil Nazirliyinə verilməsi ilə bağlı bir sıra məsələlər müzakirə edilib”.

Oxu.Az xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, akademiyanın tərkibində olan institutların idarəsi daha çox elm və təhsil institutunun üzərinə düşür:

“İdarəçilik nazirliyə verilsə də, onlara elmi-metodiki dəstəyi göstərmək akademiyanın səlahiyyətləri sırasındadır. Elmi istiqamətlərin verilməsini, prioritetlərin müəyyən edilməsini AMEA həyata keçirəcək.

Eyni zamanda AMEA bundan sonrakı fəaliyyəti dövründə elm sahəsində qiymətləndirmə, ekspertiza məsələlərini ölkə üzrə həyata keçirmək səlahiyyətlərini də qoruyub saxlayıb. Belə ki, AMEA bununla bağlı işləri təkcə öz tabeliyində olan qurumlarda deyil, digər institutlarda da həyata keçirmək səlahiyyətinə malikdir”.

O əlavə edib ki, AMEA-nın tabeliyində qalan institutlar isə akademiyanın müvafiq qurumları tərəfindən idarə ediləcək.

 

Share: