“Neftçi” Serbiya nəhənginə böyük hesabla uduzdu

“Neftçi” Serbiya nəhənginə böyük hesabla uduzdu

Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” “Match TV” beynəlxalq turnirində ikinci oyununu keçirib.

Oxu.Az xəbər verir ki, “ağ-qaralar” Serbiya nəhəngi “Srvena Zvezda” ilə qarşılaşıb.

Sankt-Peterburqdakı “Smena” stadionunda oynanılan qarşılaşma “Neftçi”nin böyükhesablı məğlubiyyəti ilə başa çatıb – 0:4. “Srvena Zvezda”nın qollarını Mirko İvaniç, Stefan Mitroviç, Osman Bukari və Yovan Slyiviç vurublar.

Xatırladaq ki, “Neftçi” turnirdə keçirdiyi ilk oyunda Rusiya “Zenit”inə 1:3 hesabı ilə uduzub. Paytaxt klubu son matçında Türkiyə “Fənərbağça”sı ilə qarşılaşacaq. Görüş iyulun 15-də olacaq.

 

Faiq Tahirov

Share: