PSJ-nin hücumçusu Neymar İspaniyanın “Barselona” klubu ilə şəxsi müqaviləyə razılıq verib.
Məlumata görə, braziliyalı illik 13 milyon avro maaşla və daha bir mövsüm uzatmaq imkanı ilə iki illik müqavilə imzalamağa razılaşıb. Keçid üçün yalnız PSJ ilə razılaşmaq qalır. Həm “Barselona”, həm də Neymar məsələ ilə bağlı nikbindir.
Xatırladaq ki, 31 yaşlı Neymar 2022/2023 mövsümündə PSJ-nin heyətində bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.
Mənbə: championat.com