Ronald Kuman Niderland millisinin baş məşqçisi postuna qayıdıb.
59 yaşlı mütəxəssis Lui van Qalı əvəz edərək Kral Futbol İttifaqı ilə müqavilə imzalayıb.
Kuman “Barselona”ya getməzdən əvvəl 2018-2020-ci illərdə ölkəsinin seçmə komandasını çalışdırıb.
Qeyd edək ki, Kumanın millidə van Qalı əvəzləyəcəyi faktı hələ ötən ilin aprelində məlum olub.
Mənbə: sports.ru