Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransa Prezidenti Emmanuel Makron Qazaxıstanın paytaxtına rəsmi səfər edib. O, Astanada respublika lideri Kasım-Jomart Tokayevlə görüşüb.
Bu barədə Qazaxıstan hökumətinin Mətbuat Xidməti xəbər yayıb.
Məlumata görə, iki ölkə liderləri ticari-iqtisadi, investisiya və enerji əməkdaşlığının gücləndirilməsinə dair danışıqlar aparacaq, beynəlxalq və regional gündəlikdəki məsələləri müzakirə edəcəklər.
Makronun Qazaxıstandan sonra nazirlər və iri korporasiyaların rəhbərləri ilə birlikdə Özbəkistana səfəri planlaşdırılıb.
Yeri gəlmişkən, “Bloomberg” xəbər verib ki, Makronun Qazaxıstan və Özbəkistana səfərdə məqsədi uran tədarükünün artırılmasıdır.
Fransanın urana ehtiyacı Nigerdə enerji resurs istehsalının dayandırılması ilə bağlıdır. Öz növbəsində, Mərkəzi Asiya ölkələri Rusiya və Çinin təsirini azaltmaq üçün əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar.
Fransa Maliyyə Nazirliyinin məlumatına görə, Qazaxıstan ötən il ölkəyə ən böyük uran tədarükçüsü olub.
Xatırladaq ki, 2023-cü ilin yayında Nigerdə dövlət çevrilişi baş verib, nəticədə Prezident Məhəmməd Bazum tutduğu vəzifədən uzaqlaşdırılıb. Makron Fransanın ECOWAS-ın (Qərbi Afrika Ölkələri İqtisadi Birliyi) Nigerə müdaxiləsinin dəstəkləməyə hazır olduğunu bildirdikdən sonra üsyançılar Fransa qoşunlarının ölkəni tərk etməsini tələb ediblər.
Fransa qoşunlarının ölkənin əsas gəlir mənbəyi hesab olunan Nigerdən çıxarılmasını 31 dekabr 2023-cü ilə qədər başa çatdırmaq niyyətindədir.