Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin və üzvü Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç, sabiq prezident olan George İvanov adına Gənc Liderlər Məktəbinin 2023-cü il buraxılışına, eləcə də Podqoritsa Klubunun toplantısına qatılıblar.
Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi məlumat yayıb.
Podqoritsa Klubunun toplantısına o cümlədən mərkəzin üzvləri Mongeneqronun sabiq prezidenti Filip Vuyanoviç, Albaniyanın sabiq prezidenti Reksep Meydani, Serbiyanın sabiq baş naziri Mirko Çvetkoviç də qatılıblar.
Səfər çərçivəsində mərkəzin həmsədri İsmayıl Seragəldin Şimali Makedoniyanın Prezidenti Stevo Pendorovski tərəfindən qəbul edilib. Prezidentə XI Qlobal Bakı Forumuna dəvət təqdim olunub və mərkəzin fəaliyyəti ilə bağlı ətraflı məlumatlandırılıb.