Norveçli deputat bahalı gün eynəyi qarşısında aciz duruma düşüb onu oğurladı

Norveçli deputat bahalı gün eynəyi qarşısında aciz duruma düşüb onu oğurladı

Norveçli deputat Byornar Moksnes bahalı brend gün eynəyini oğurladığı barədə videodan sonra ifrat solçu “Rodt” (“Qırmızılar”) Partiyasının liderliyindən istefa verib.

Moksnes eynəyi Oslo hava limanının mağazasından oğurlayıb. Hadisə müşahidə kameralarına düşüb və oğurluq anının videosu sürətlə internetdə yayılıb.

Moksnes əvvəlcə xəstəlik məzuniyyətinə yollansa da, sonda istefa vermək məcburiyyətində qalıb.

“Bir çox insan məndən belə axmaq bir şeyi necə edə bildiyimi soruşdu. Son həftələrdə bunu özümdən dəfələrlə soruşdum. Mənim heç bir adekvat izahım yoxdur”, – deyə o, “Facebook” hesabında yazıb.

Moksnes əlavə edib ki, partiyadakı üzvlüyünü və deputat postunu saxlamaq niyyətindədir.

Qeyd edilir ki, Byornar Moksnes 11 il “Rodt”a rəhbərlik edib.

Mənbə: Meduza.io

Share: