Nyu York vilayəti polisi guya lüks brendlərə məxsus 40 milyon dollar dəyərində saxta əşyalar satdığı iddia edilən dəbdəbəli butik sahibini həbs edib.
“Linny’s Boutique”in sahibi olan 31 yaşlı Lindsi Kastelli mağazada axtarış zamanı saxta etiketlərin çapı üçün avadanlığın aşkar edilməsindən sonra polisə təslim olub.
“Axtarış zamanı müstəntiqlər 22 etiket çapı dəzgahı və “Gucci”, “Chanel”, “Prada”, “Dior” və “Louis Vuitton” etiketli müxtəlif saxta mallar müsadirə ediblər”, – deyə polisdən bildirilib.
Onlar qeyd ediblər ki, malların ümumi dəyəri təxminən 40 milyon dollardır.
Saxta məhsulların ölkənin bütün ştatlarında yayıldığı qeyd edilib.
Həmçinin, polisin sözlərinə görə, butikdə 3 dollara başa gələn papaq saxta etiket vurulduqdan sonra 300 dollara, 10 dollarlıq sviter köynək isə 5300 dollara satılıb.
Mənbə: gazeta.ru