Yunanıstanın “Olimipiakos” klubunun vitse-prezidenti Kostas Karapapas qalmaqallı hərəkətlə gündəmə gəlib.
Afina təmsilçisinin rəsmisi Yunanıstan Futbol Federasiyasının prezidenti Takis Baltakosun başına ətək atıb.
Hadisə federasiya prezidenti və rəsmilərinin ölkənin Super Liqasında çempionluq uğrunda mübarizə aparan AEK, “Panatinaikos”, “Olimpiakos”, PAOK, “Aris” və “Volos” klublarının nümayəndələri ilə görüş zamanı başa verib. Karapapas hakimlərin qərarlarından narazılığa görə qurum rəhbərinə hücum edib və onun başına ətək atıb.
Karapapas məsələ ilə bağlı danışarkən ətəyi Baltakosa geyinmək üçün verdiyini deyib.
Mənbə: “NTV Spor”