Özünü Kamal Sunalın əmisi kimi təqdim edən şəxs məhkəməlik oldu

Mərhum aktyor Kamal Sunalın oğlu Ali Sunal özünü atasının əmisi kimi təqdim edən və çəkdiyi filmdə insanları aldatdığı iddia edilən Halit Sunalı məhkəməyə verib.

Ali Sunal: “Bizim bu adda əmimiz yoxdur. O, dələduzluq xəbərləri ilə atamın nüfuzuna xələl gətirdi, təhdid dolu mesajları ilə ailəmizin rahatlığını pozdu”, – deyərək məhkəməyə müraciət edib.

Belə ki, özünü Kamal Sunalın əmisi kimi təqdim edən rejissor Halit Sunal iki il əvvəl “Cənnət quşları” adlı film çəkib. Lakin Halit filmdə rol alan Düzce sakinlərinə pul verməyərək onları aldadıb.

Qeyd edək ki, Ali Sunal Halitin təhdid və təhqir iddiası ilə 2 il 6 ay müddətinə həbs olunmasını tələb edib.

Məsələ ilə bağlı araşdırma aparılır.

Mənbə: Haber Global

Share: