Fransa paytaxtının şimalında şəhərətrafı qəsəbədə güclü yanğın baş verib.
Məlumata görə, Sen-Sen-Deni departamentində “Rafco Valege” alt paltarı və çimərlik geyimlərinin istehsalı üzrə şirkətin sənaye anbarı alovlara bürünüb.
Binanın içərisində olan anbarın 30 əməkdaşı təxliyə edilib.
Sakinlərin sözlərinə görə küçələri qara tüstü bürüyüb.
İlkin məlumata görə, xəsarət alan olmayıb.