Paytaxtın hansı küçələrində sıxlıq var?

Paytaxtın hansı küçələrində sıxlıq var?

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında:

1. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

8. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

9. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

10. “20 Yanvar” dairəsində;

11. Babək prospekti, mərkəz istiqamətində;

12. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;

13. Ağa Neymətulla küçəsi, “Nəriman Nərimanov” metro stansiyası istiqamətində;

14. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

15. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

16. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Share: