Pinqvin tarixən Norveç ordusunun talismanı hesab olunur.
İlk quşu zooparka 110 il əvvəl Edvard Salvesen adlı norveçli hədiyyə edib. Pinqvin Nils Eqelen və Norveç kralı V Olafın şərəfinə Nils Olaf adlandırılıb.
Nils Olaf III 2008-ci ildə cəngavər tituluna layiq görülüb və 2016-cı ildə general rütbəsinə yüksəlib.
Və nəhayət, Ser Nils yeni fəxri nişanı ilə təltif edilib. Bununla bağlı keçirilən xüsusi mərasimdə ordunun hərbi forma geyinmiş 160-dan çox əsgəri iştirak edib.
Qeyd edilib ki, yaxşı davranışına və Edinburq zooparkındakı digər pinqvinlərə gözəl nümunə olduğuna görə pinqvinin rütbəsi yüksəldilib.
Mənbə: “Komsomolskaya pravda” “Telegram”