Əməkdaş artist Tahir İmanovun Xəzər dənizi sahilində etdiyi çağırış cavabsız qalmayıb.
Belə ki, bir neçə gün əvvəl Tahir İmanov Nardaran sahilinin çirkləndirilməsi ilə bağlı video çəkib “viktorina” keçirmişdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi videodan sonra Tahir İmanovla əlaqə saxlayıb. ETSN-nin əməkdaşları, “Planet Parni iz Baku” komandasının üzvləri və Könüllülər birlikdə dəniz kənarını zibillərdən təmizləyib.
Bu barədə “Planet Parni iz Baku”komandasının “Facebook” səhifəsində paylaşım edilib.