“PMD Hospitality” şirkətində yeni təyinatlar

“PMD Hospitality” şirkətində yeni təyinatlar

Azərbaycanda müalicə-sağlamlıq turizmi və istirahət seqmentlərində fəaliyyət göstərən lider şirkətlərdən biri “PMD Hospitality” MMC-nin idarə heyətində bir sıra yeni təyinatlar baş tutub.
Samir Qurbanov, Çağlar Göncüler və Corc Ubbelod müvafiq olaraq Baş İcraçı Direktor, Baş Kommersiya İnzibatçısı və Əməliyyatlar üzrə Baş Direktor vəzifələrinə təyin olunublar.

Samir Qurbanov cari ilin iyul ayından etibarən şirkətin Baş İcraçı Direktoru təyin edilib.

Samir Qurbanov idarəetmə sahəsində 20-dən ildən çox təcrübəyə malikdir. O, bir sıra dövlət qurumlarında, özəl şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

“PMD Hospitality” MMC-də işə başlamazdan əvvəl Samir Qurbanov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyalarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri, “AzerGold” QSC-nin Müşahidə Şurasının üzvü,  həmçinin, “Agrotrade Supply” MMC və “PMD Group” MMC kimi şirkətlərinin Müşahidə Şurasının müşaviri kimi çalışıb. Bundan başqa, Azərbaycan Beynəlxalq Bankı, “PricewaterhouseCoopers”, KPMG, SOCAR və başqa təşkilatlarda rəhbər vəzifələr tutub.

Samir Qurbanov Azərbaycan Dövlət Texniki Universitetinin mühəndislik fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib, sonradan ABŞ-ın Rutgers Universitetində dövlət idarəçiliyi və iqtisadi inkişaf üzrə, London Universitetinin Kral Kollecinin hüquq üzrə magistr dərəcəsi, Harvard Biznes Məktəbində idarəçilik üzrə təhsil alıb və Massaçusets Texnologiya İnstitutunun MBA proqramının məzunudur.

Samir Qurbanov

Çağlar Göncüler “PMD Hospitality” şirkətində Baş Kommersiya İnzibatçısı vəzifəsində fəaliyyətə başlayıb. Beynəlxalq hotelçilik və səyahət sənayəsində 16 ilik təcrübəsi olan Çağlar Göncüler – “Qatar Airways”də iş təcrübəsinə başlayıb və “JW Marriott”, “Aman Resorts”, “Hyatt”, “The Ritz-Carlton”, “Kempinski” kimi dünya şöhrətli hotellərdə Satış və Marketinq üzrə Direktor vəzifələrində çalışıb.

Bilkent Universitetində Amerika Ədəbiyyatı üzrə bakalavr dərəcəsini və Kanadanın “Western” Universitetində Tarix üzrə magistr dərəcəsini qazanıb. Hal-hazırda tarix üzrə fəlsəfə doktoru dərəcəsinin qazanılması üçün çalışır.

“PMD Hospitality” onun Azərbaycanda ilk iş təcrübəsidir. O, həmçinin İdarə heyətinin üzvü seçilib.

Çağlar Göncüler

Corc Ubbelod Avropa, Orta Şərq, Asiya və Çində çalışıb və 30 ildən çox beynəlxalq təcrübəyə malikdir. Qonaqpərvərlik sənayəsində fərqli dilləri və çoxsaylı ölkə mədəniyyətlərini əks etdirən akademik rəhbərdir.

Corc Ubbelod İstanbul Texniki Universitetini mühəndis ixtisası üzrə bitirib, sonradan Cornell, Torrens Universitetləri və AHLEI İnstitutunda qonaqpərvərlik sənayəsində idarəetmə üzrə təhsil alıb.

AHLEI-nin (Hotel və Yaşayış sahəsində Amerika Təhsil İnstitutu) dünyada 10 baş təlimçisindən biridir.

O, dünya üzrə həm üz-üzə, həm də virtual peşəkar və akademik sertifikatlaşdırma proqramlarının tərtibatçısıdır.

Beynəlxalq kadr hazırlığı sahəsində baş biznes məsləhətçi və təlimçi vəzifələrində çalışıb. Onun ixtisas sahələrinə təşkilatı mükəmməllik və insanların inkişafı daxildir.

EFQM – Avropa Keyfiyyət İdarəetmə Fondunun və UNWTO Akademiyasının üzvüdür.
“PMD Hospitality” şirkətində Əməliyyatlar üzrə Baş Direktor vəzifəsində işə başlayan Corc Ubbelode, hotellərdə təklif olunan xidmətlərin keyfiyyətinin artırılması üçün çalışacaq.

Corc Ubbelod

“PMD Hospitality” MMC-də Baş Maliyyə Direktoru və Baş Tibb Direktoru kimi digər rəhbər vəzifələri idarə edən şəxslər Kəmalə Əzizova və Çingiz Hacıyevdir.

Kəmalə Əzizova bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində və həmçinin Almaniyanın Ruhr Universitetinin iqtisadiyyat fakültəsində təhsil alıb. ACCA üzvüdür. 
Kəmalə Əzizova aparıcı audit şirkəti olan “Ernst and Young”da, uzun müddət “Bakcell”in Maliyyə departamentində rəhbər vəzifəsində çalışıb. Dörd ildən artıqdır ki, “PMD Hospitality” şirkətinin Baş Maliyyə Direktoru vəzifəsində işləyir.

Kəmalə Əzizova

Çingiz Hacıyev Azərbaycan Dövlət Tibb Universitetini bitirib və Liverpul Universitetində Səhiyyədə İdarəetmə ixtisasında fəlsəfə doktoru dərəcəsini qazanıb. O, Azərbaycanda bir sıra klinika və tibb təşkilatlarında rəhbər vəzifələrdə çalışıb.

“PMD Hospitality” hotellərində təqdim olunan mükəmməl tibbi prosedurlar və müalicələr onun rəhbərliyi altındadır.

Çingiz Hacıyev

“PMD Hospitality” Azərbaycanda sağlamlıq və istirahət seqmentlərində hotellərin idarəetməsi ilə məşğuldur. Şirkət 2016-cı ildə hotel biznesini və qonaqpərvərlik sənayesini inkişaf etdirmək məqsədi ilə yaradılıb. “PMD Hospitality” Azərbaycanın turizm sektorunun davamlı inkişafını təmin etməyə çalışır.

“PMD Hospitality”nin portfelində bir neçə 5 ulduzlu hotel: “Chenot Palace Gabala”, “Shamakhi Palace Sharadil”, “Gashalti Health Hotel”, “Chinar Hotel & SPA”, “Garabagh Resort & SPA”, “Qalaalti Hotel & SPA”, “Lankaran Springs Wellness Resort”, “The Excelsior Hotel & Spa Baku”, “Ramada Plaza by Wyndham Gence”, “Goy-Gol Lake Resort və Paulaner Brauhaus Baku” restoranı.

Share: