Polşa Cənubi Afrika prezidentinin təhlükəsizlik xidməti işçilərini Rusiyaya buraxmadı

Polşa Cənubi Afrika prezidentinin təhlükəsizlik xidməti işçilərini Rusiyaya buraxmadı

Cənubi Afrika aviaşirkətinin Polşadan Sankt-Peterburqa uçmalı olan çarter təyyarəsi içində CAR Prezidenti Siril Ramafosanın bir qrup təhlükəsizlik işçisi və media nümayəndələri ilə birlikdə paytaxt Pretoriyaya qayıdır.

Polşa hakimiyyət orqanları laynerin Rusiyaya uçmasına icazə verməyib.

Bu barədə təyyarədə olan cənubi afrikalı jurnalist Piter Dyu Toyt məlumat verib.

O bildirib ki, prezidentin təhlükəsizlik xidməti işçiləri Cənubi Afrikaya qayıdır, lakin KİV nümayəndələrinin bundan sonrakı marşrutu ilə bağlı dəqiq heç nə deməyib.

Cənubi Afrika radiostansiyalarından birinin daha əvvəl verdiyi məlumata görə, onlar böyük ehtimalla, Ramafosa və Afrika sülhməramlı missiyasının digər üzvlərinin Vladimir Putinlə görüşündə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, Cənubi Afrika prezidentinin təhlükəsizlik xidmətinin yüzdən çox əməkdaşı və jurnalistlər iyunun 15-dən Varşavada ilişib qalıblar. Polşa sərhədçiləri təyyarədə təhlükəli yükün, eləcə də qeyri-qanuni silahların olduğunu deyiblər. 26 saat ərzində heç kim təyyarədən buraxılmayıb.

Nəticədə Macarıstan təyyarənin öz hava məkanından uçmasına icazə verməyib, buna görə də nümayəndə heyəti vətəninə qayıtmalı olub.

Mənbə: Vesti.ru, “Lenta dnya” “Telegram”

Share: