Polşalı hücumçu Robert Levandovski Polşa- Səudiyyə Ərəbistanı(2:0) oyununun ən yaxşı futbolçusu adına layiq görülüb.
34 yaşlı forvard matçın 39-cu dəqiqəsində məhsuldar ötürmə, 82-ci dəqiqəsində isə rəqib qapısına yol tapmaqla fərqlənib.
Bu qol həmçinin Levandovski üçün dünya çempionatında ilk olub.
Mənbə: Championat