Polşada bir qrup xəzinə axtaran köhnə Polşa sarayının ərazisində metal konteyner tapıb. Bu konteynerin İkinci Dünya müharibəsi zamanı nasistlərin gizlətdiyi zinət əşyaları və qızıl ola biləcəyi ehtimal olunur. Xəzinə axtaranlara bu tapıntını yeraltından çıxarmağa icazə verilib və qazıntının tarixi dəqiqləşdirilib. Bu barədə “Daily Mail” yazıb.
“Tarixi xatırlayın – 1 sentyabr! Böyük bir gün üçün böyük tarix! İş gedir, biz bunu mümkün qədər tez etmək istərdik, səbirsizliyinizi başa düşürük və əlimizdən gələni edirik!”, – deyə “Sileziya Körpüsü” Fondunun rəhbəri, xəzinə ovçusu Roman Furmanyak bildirib.
May ayında məlum olub ki, söhbət uzunluğu 1,2-1,5 metr, diametri təxminən 50 santimetr olan kanistrdən gedir. İddia edilən SS zabiti Eqon Ollenhauerin gündəliyində yazılanlara görə, Böyük Vətən müharibəsində Sovet qoşunlarının hücumu başladıqdan sonra Üçüncü Reyxin füreri Adolf Hitler SS-ə xəzinələri gizlətməyi əmr edib. Belə ki, o, 260 yük maşını həcmində xəzinəni müasir Polşa ərazisində 11 yerdə gizlətməyi əmr edib. Bu sərvətlərin bir hissəsinin talanlar sayəsində əldə edildiyi, bəzi qiymətli əşyaların da yerli aristokratlar tərəfindən saxlanmaq üçün verildiyi qeyd edilir.
Mənbə: Lenta.ru